Bu hökumətin yerinə utanıram - Erməni deputat

Bu hökumətin yerinə utanıram - Erməni deputat backend

Ermənistan Statistika Xidmətinin məlumatları həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində Çarukyan Blokundan olan deputat Naira Zoqrabyan Ermənistan Milli Statistika Xidmətinin rəhbəti Stepan Mnatsakyanın çıxışını tənqid edərkən söyləyib.

“Ölkədə yoxsulluq, miqrasiya, işsizlik artır. Milli Statistika Xidməti isə başqa mənzərə yaradır. Qiymətlərin 2,6% artması sadəcə gülməlidir. Sizin yerinizə utanıram. Anlayıram ki, təqdim etdiyiniz məlumatlar sizin və hökumətinizin dövləti haqqındadır. Bunun Ermənistana aidiyyəti yoxdur”, – deyə o bildirib.