Türkiyə Silahlı Qüvvələri Orta Şərqin ən güclüsüdür - İsrail üçüncü... - SİYAHI

Türkiyə Silahlı Qüvvələri Orta Şərqin ən güclüsüdür - İsrail üçüncü... - SİYAHI backend

Dünyanın ən güçlü ordularının reytinqini açıqlayan "Global Firepower" Orta Şərqin ən güclü ordusunun Türk Silahlı Qüvvələrinin olduğunu bildirib.

Qaziler.az-ın xəbərinə görə, dünyanın ən güclü ordularını müəyyən edən "Global Firepower" təşkilatı Orta Şərqin ən güclülərininin adını açıqlayıb. Siyahının ilk sırasında qürurla Türkiyə gedir. Dünyanın ən prestijli jurnalı "Forbes" siyahını ilk səhifələrində dərc edib.

Əsgər, silah-sursat sayına görə əldə edilən sıralamada Türkiyə 80 milyard dollarlıq sağlam büdcəsi və 356 min nəfərlik ordusu ilə önəmli ölkələrin də yer aldığı siyahıda 0, 2491 xalla liderliyini təmin edib.

Türkiyənin hərbi sahədəki uğuru yalnız Orta Şərqlə məhdudlaşmır, eyni zamanda, dünya siyahısında da özünü göstərir. "Global Firepower"in yaydığı "Dünya siyahısı" göstəricilərində Türkiyə 8-ci sıradadır.

İlk üç sıranı ABŞ, Rusiya və Çinin paylaşdığı ən güclü ordular siyahısına Türkiyə və Almaniya da daxildir.

Türkiyənin birinci sırada yer aldığı Orta Şərqin ən güclü orduları siyahısında ikinci sırada Misir, üçüncü sırada isə İsrail qərarlaşıb.

Nəhəng investisiyalarla. xüsusilə, Yəməndə şiə təriqətinə qarşı apardığı savaşla gündəmdən düşməyən Səudiyyə Ərəbistanı isə milyonlarca dollarlıq yatırımlarına rəğmən siyahının 5-ci sırasında özünə yer tuta bilib. Atəş xəttində olan Suriya 7-ci sırada qərarlaşırkən, 10 ölkənin olduğu siyahının sonunda yer alan ölkə Birləşmiş Ərəb Əmirlikləridir.