Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində təşkil etdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Raco, Cinderes və Şeyx Hədidin terrorçulardan tamamilə təmizlənməsindən sonra jandarma və polis xüsusi təyinatlı dəstələri bölgədə mövqe tutub.
Axar.az xəbər verir ki, bu barədə TSQ-dan informasiya yayılıb.Məlumata görə, əməliyyatın davam etdiyi 40 gün ərzində məhv edilən terrorçu sayı 2184-ə yüksəlib.
Qeyd edək ki, Afrin əməliyyatı yanvarın 20-də başladılıb.



