ABŞ bazasında müəmmalı bağlama: 11 nəfər zəhərləndi

ABŞ bazasında müəmmalı bağlama: 11 nəfər zəhərləndi backend

Vaşinton yaxınlığında yerləşən hərbi bazalardan birinə müəmmalı bağlama göndərilib.

Axar.az xəbər verir ki, bağlama açıldıqdan sonra 11 nəfərin xəsarət aldığı bildirilib.

Hərbçilərdən üçündə əl və üz hissədə yanıqlar müşahidə edilib, daha bir nəfərin isə burnundan qan açılıb. Xəstəxanaya çatdırılan hərbçilərin vəziyyətinin stabil olduğu bildirilib.

Hadisənin baş verdiyi bina təxliyə edilib. Faktla bağlı FTB ilə birgə araşdırma başladılıb.