Türkiyənin Hatay vilayətinin Suriya ilə sərhəddə yerləşən Kırıkhan rayonuna Suriya ərazisindən PKK terrorçusunun daxil olması barədə hərbçilərə məlumat ötürülüb.
Axar.az xəbər verir ki, Amanoslar deyilən ərazidə terrorçu müəyyən edilib və açılan atəşlə yerindəcə məhv edilib.Öldürülən terrorçunun üzərində Kalaşnikov avtomatı və müxtəlif hərbi ləvazimatlar aşkarlanıb.
Qeyd edək ki, terrorçunun rayon ərazisinə daxil olduğunu öyrənən vətəndaşlar əraziyə axın edib. Dinc sakinlər terrorçunun məhv edilməsini öyrəndikdən sonra evlərinə gedib.



