Əfsanəvi hind aktrisası infarktdan deyil, boğularaq ölübmüş

Əfsanəvi hind aktrisası infarktdan deyil, boğularaq ölübmüş backend

Dubayda qaldığı oteldə ölü tapılan Bollivudun əfsanəvi aktrisası Şridevi Kapurun ürəktutmasından deyil, vannada boğularaq öldüyü məlum olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktrisanın şüurunu itirdiyi və boğulduğu iddia edilir. Tibbi ekspertizanın nəticələrinə görə, Şridevinin ölümü kimi sənədlərdə “təsadüfən boğulma” göstərilib. Aktrisanın zəhərlənməsi iddiaları ilə bağlı aparılan testlərin nəticələri isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Hindistanı yasa boğan ölüm xəbərindən sonra prezident Ram Nath Kovind başsağlığı vermiş, aktrisanın sevənləri, siyasətçilər, Bollivud ulduzları və dimançılar Kapurun Mumbaydakı evinin önünə toplaşmışdılar.

Şridevi Kapur qohumunun toyu üçün Dubaya gedibmiş. 1996-cı ildə Boni Kapurla ailə quran aktrisanın 2 qızı var.