Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında ikinci mərhələ başlayıb.
Moderator.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Afrində YPG terrorçularının Suriya ilə təmasını bütünlüklə kəsərək “hilal”i tamamlayıb.Bununla da, əməliyyatın birinci mərhələsi tamamlanıb. Əməliyyatın başlanmasından bu yana 2059 terrorçu zərərsizləşdirilib. Onlardan 58-i sağ ələ keçirilib.