Yens Stoltenberq: "Rusiya ordusu Ukraynanın şərqindən çıxmalıdır".
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın ünvanına kəskin iradlar bildirib.ANS PRESS-in məlumatına görə, o, NATO ölkələri xarici işlər nazirlərinin Antaliyada keçirilən toplantısında bildirib ki, Rusiya separatçılara dəstəyi dayandırmalı, ordusu və ağır silahlarını Ukraynanın şərqindən çıxarmalıdır.
ABŞ-ın dövlət katibi Con Kerri də Rusiyanın Ukraynanın şərinqdəki atəşkəs rejiminə əməl etməsinin vacibliyini diqqətə çatdırıb: "Vəziyyət son dərəcə gərgindir. Rusiya ilə separatçılar Minsk razılaşmasını yerinə yetirməlidirlər."
Xatırladaq ki, NATO ölkələrinin Antaliyada keçirilən ikigünlük toplantısında Ukrayna münaqişəsi, Suriya və İraq da daxil olmaqla Yaxın Şərqdəki vəziyyət müzakirə olunur.