İranın Hormozqan əyalətində casusluqda şübhəli bilinən 3 ekoloq həbs olunub.
ATV.az İSNA agentliyinə istinadən xəbər verir ki, həmin şəxslər elmi və ekoloji fəaliyyət adı altında məxfi informasiyaları ABŞ və İsrailə ötürübmüş. Bildirilir ki, həbslər İran-Kanada vətəndaşı olan professor, ətraf mühitin qorunması üzrə fəal Kavust Seyid-Emaminin həbsxanada ölümündən bir neçə həftə sonra baş tutub. Casusluqda şübhəli bilinən K. S. Emaminin özünə qəsd etdiyi bildirilir.İranda casuslar həbs olunub - ABŞ və Israilə məlumat ötürülüb

