Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, görüş zamanı Suriyada, Şərqi Qutadəkı vəziyyət müzakirə olunub.İclasda parlamentin hər iki palatasının spikeri – Valentina Matvienko və Vyaçeslav Volodin, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokolşev, müdafiənaziri Sergey Şoyqu, həmçinin xarici kəşfiyyat idarəsinin direktoru Sergey Narışkin iştirak edib.
“Şərqi Qutadakı vəziyyət müzakirə olunub. Terrorçuların davam edən təxribat xarakterli fəaliyyətləri ilə bağlı narahatlıq ifadə olunub... BMT Baş Assambleyasının ötən gün qəbul etdiyi 2401 nömrəli qətnamənin həyata keçirilməsinin vacibliyi vurğulanıb”, - deyə Peskov vurğulayıb.