"Zeytun budağı" əməliyyatı çərçivəsində terror təşkilatlarına aid hədəflər türk tankları tərəfindən vurulub.
Qaziler.az bildirir ki, Türk Silahlı Qüvvələrindən verilən məlumata görə, terror təşkilatı hədəfləri 6 tank atışı ilə vurulub. Hədəflər ustalıqla məhv edilib.Bir qədər əvvəl də TSQ YPG/PKK-İŞİD terror təşkilatlarına aid 30-40 maşından ibarət olan və içərisində terrorçilara silah-sursat daşıyan karvanın Afrinin cənub-şərqindəki şəhərə yaxınlaşarkən məhv edildiyi haqda məlumat vermişdi.
Qaziler.az əməliyyatın videogörüntüsünü təqdim edir: