Rusiyanın ilhaq etdiyi Krım Respublikasının Prezidenti Sergey Aksyonov yarımadada sərt qanunların tərəfdarı olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, prezident Osmanlı İmperiyası dövründə tətbiq olunan cəzaların yenidən işlək hala gətirilməsinin fayda verəcəyini deyib:“Korrupsiya və rüşvətə qarşı sərt mübarizə aparmalıyıq. Bəlkə şübhəlilər və məhkumlar üçün şəffaf şüşəli bir polis avtomobili hazırlayaq? Belə bir vasitə varmı? Şəhər boyu gəzdirmək üçün barmaqlıqlardan ibarət şəffaf bir avtomobil və şübhəlilər. Hər kəs onları görsün. Məncə bu, yaxşı təklifdir”.
Osmanlı dövründə günahkarlara verilən cəzaları xatırladan Aksyonov məşhur sovet filmi “Centlmen udaçi” (1971) filmindən sitat gətirərək "Ortaya bir çəllək qoyaq, yanına da polis. Bütün gün boyu günahkar orada qalsın. Yəni bu cür tərbiyəvi tədbirlər olmalıdır”.
Xatırladaq ki, sözügedən filmdə professor Nikolay Maltsev adlı şəxs oğruların tərbiyə edilməsi üçün original təklif irəli sürmüşdü:
"Qədim dövrlərdə Türkiyədə tətbiq olunan cəzaları qaytarmalıyıq. Oğrunu içi nəcis ilə dolu olan bir çəlləyə atmalıyıq. Yanında da bir əsgər durmalıdır və hər 5 dəqiqədən bir qılıncı çəlləyin üzərində yelləyir. Bax, beləcə o (oğru) bütün günü çəlləyə başını salır”.