"Azad Suriya Ordusu"nun tərkibində yaradılan "Kürd Şahinlər" briqadası Afrində davam edən "Zeytin Budağı" əməliyyatına qoşulmaq üçün apardığı hazırlıqları tamamlayıb
Qaziler.az bildirir ki, terrorçulara qarşı mübarizə aparmaq üçün qurulan "Kürd Şahinlər" briqadası bu gün Afrində olacaq.Briqadadakı düöüşçülərin 400-ü kürd, 200 nəfəri ərəbdir.
Həm də “Qırmızı berelilər” kimi tanınan briqadanın Afrinin mərkəzinin mühasirəsində və şəhər uğrunda gedən əməliyyatlarda yer alacaqları gözlənilir.
Əsgərlərinə kürdcə xitab edən "Kürd Şahinləri" briqadasının komandanı Hasan Abdullah Kulli: "Biz, Azez bölgesinin kürdləriyik. Biz Hamza Tümeninin mənsublarıyıq. İnşallah Afrinə çatacayıq. İnşallah, Afrindəki xalqımızı PKK zulmündən qurtaracayıq" dedi.
