ABŞ prezidenti Donald Trampın reytinqi rekord səviyyədə aşağı düşüb.
AzVision.az xəbər verir ki, CNN telekanalı və SSRS mərkəzi tərəfindən keçirilən sorğunun nəticələri bunu deməyə əsas verir.Belə ki, sorğunun nəticəsinə əsasən, Trampın fəaliyyətini 35% amerikalı dəstəkləyir.
Trampın respublikaçılar arasında dəstəyi minimal səviyyəyə enib. Hazırda onun işini respublikaçıların 80%-i dəstəkləyir. Bundan əvvəlki antirekord 81% olub.
Demokratlar sırasında isə cəmi 5 faiz partiya üzvü Trampın fəaliyyətini dəstəkləyir.