Əsəd mülki vətəndaşlara qarşı xlor qazından istifadə edib

Əsəd mülki vətəndaşlara qarşı xlor qazından istifadə edib backend

Əsəd rejimi Suriyanın Şərqi Quta bölgəsində mülki vətəndaşlara qarşı xlor qazından istifadə edib.

Axar.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” haqqında qərarına məhəl qoymayan Əsəd qüvvələrinin hücumu nəticəsində xeyli sayda qadın və uşaq zəhərlənib.

Hücumdan xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün Suriya İnsan Haqları Təşkilatı Bəşər Əsəd rejiminin son 4 ayda Şərqi Qutada həyata keçirdiyi hücumlar nəticəsində 1121 mülki şəxsin həlak olduğunu açıqlayıb.