Türk ordusundan möhtəşəm qələbə: 108 mövqe azad edildi

Türk ordusundan möhtəşəm qələbə: 108 mövqe azad edildi backend

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu üzvləri Afrində 108 mövqeni terrorçulardan təmizləyib.

Axar.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.

Məlumata görə, şiddətli döyüşlər nəticəsində əməliyyatın 37-ci günündə daha 5 kənd azad edilib. Şeyx Məhəmmədli, Dudu, Səmalıq, Vəlikli və Kavanda kəndlərində terrorçuların müqaviməti qırılıb və ərazilər təmizlənib.

Qeyd edək ki, Afrində keçirilən “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.