Dünyada gündə 11 min mülki təyyarədən 2 milyondan çox insan istifadə edir.
2009-cu ildən bu yana dünyada təyyarə qəzaları səbəbindən 2 min 976 nəfər ölüb, yalnız iki nəfər sağ çıxmağı bacarıb.Son araşdırmalara görə, dünyada sərnişin təyyarələrinin sayı 22 mindən az deyil.
2009-cu uldən bu yana ABŞ üzərində 5700, Avropa və Asiyada üzərində 5300 təyyarənin havada olduğu saatlarda Türkiyə üzərində cəmi 165 uçuş baş verib.
2013-cü ildən bəri aparılan araşdırmalar göstərib ki, dünyada sərnişin təyyarələrinin sayı 20 mindən çox deyil. Son illərdə isə bu rəqəm 22 minə çatıb. Yəni artım müşahidə edilib.
Qeyd edək ki, 1942-ci ildən bu yana müvafiq təşkilatlar mülki təyyarə qəzaları ilə bağlı araşdırmalar aparır. 1950-ci idən 1970-ci ilə qədər dünyada təyyarə qəzası səbəbindən həyatını itirən şəxslərin sayı 1000-1500 rəqəmləri üzrə dəyişib.
1942-ci ildən bu yana ən çox təyyarə qəzası 1972-ci ildə baş verib. Bu qəzalar üzündən 2373 sərnişin ölüb.
1985-ci ildə isə qəza nəticəsində vəfat edən sərnişinlərin sayı 2010 nəfər olub. 2009-cu ildən bu yana təyyarə qəzalarında ölən sərnişinlərin sayı isə 3 minə yaxındır.
(teleqraf.com)



