ABŞ Xarici işlər Nazirliyi və Pentaqonda mətbuat nümayəndələri ilə keçirilən görüş zamanı ''Türkiyə ruslardan S-400 hava müdafiə sistemləri alarsa sanksiyalarla qarşılaşa bilər. Birlikdə çalışaraq S-400-ə alternativ tapaq'-mesajı verildiyi bildirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-Türkiyə münasibətlərindəki gərginliyi aşmaq üçün danışıqlar aparılarkən Vaşinqton Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemləri alma planına qarşı həmlələrini gücləndirib.ABŞ hökumətinin bir səlahiyyətlisi NATO-ya qarşı olan ''Rusiya təhdidi''ndən söz açaraq Türkiyə-ABŞ münasibətlərindəki böhranın aradan qaldırılmasının önəmini vurğulayaraq bu mesajı verib:
''ABŞ Türkiyənin hava müdafiəsini gücləndirmək istəyini anlayır. Amma məhz rus S-400 sistemlərinin alınmasından narahatıq. Bunu açıq şəkildə dilə gətiririk. Bu, Türkiyəni ABŞ Konqresində yeni qəbul edilən qanun çərçivəsində sanksiyalarla qarşı-qarşıya qoya bilər''