Ərdoğan məhkəməyə verildi

Ərdoğan məhkəməyə verildi backend

Barış və Demokratiya Partiyasının (BDP) vəkilləri Konstitusiya Məhkəməsinə müraciət edərək, tərəfsizlik prinsipinin pozulduğuna görə Rəcəb Tayyib Ərdoğanın prezident vəzifəsinin əlindən alınmasını tələb edib.

Axar.az xəbər verir ki, vəkillər Ərdoğanın vəzifəsindən uzaqlaşdırılması və ya prezident vəzifəsinin ləğv olunmasında israrlıdır. Məhkəməyə göndərilən məktubda prezident atdığı addımlar ilə demokratiya prinsiplərinə zərər vurmaqda günahlandırılır:

“Rəcəb Tayip Ərdoğan prezident qismində də olsa mühakiməni və siyasi həyatı demokratiya adına təhlükəli bir şəkildə davam etdirməkdədir. Buna da kimsə qarşı çıxa bilmir. Bunun hüquq dövlətdə yeri yoxdur. Özünü xəlifə kimi göstərən və bu məqsədini gizlətməyən bir prezidentin bu hərəkətlərinin qarşısının alınması lazımdır. Bunu da Konstitusiya məhkəməsi edə bilər”.
Diaspora