“Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ABŞ-ın əsas məqsədi deyil”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Con Kerri çıxış edib. O, sanksiyaların Ukraynada sülhün əldə edilməsində əsas rol oynadığını bildirib:“Biz Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsini istəmirik. Lakin bu, Ukraynada atəşkəsin təmin edilməsi və sülhün əldə olunması üçün zəruri amildir”.
Qeyd edək ki, Kerri ötən gün Soçidə Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. O, bu görüşləri səmərəli adlandırıb.