Tramp Suriyadakı vəziyyətə görə Rusiya və İranı tənqid edib

Tramp Suriyadakı vəziyyətə görə Rusiya və İranı tənqid edib backend

ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətə görə Rusiya və İranı tənqid edib.

APA-nın məlumatına görə, bu barədə CBS News xəbər verib.

“Rusiya və İranın son vaxtlar Suriyada törətdikləri rüsvayçılıqdır”, deyə D.Tramp bildirib.

O həmçinin ABŞ-ın Suriyada yalnız İŞİD-lə mübarizəyə görə qaldığını vurğulayıb: “Yeganə məqsədimiz terrorçulardan qurtulmaqdır. Bundan sonra Suriyanı tərk edəcəyik”.