NTV-nin aparıcısı canlı yayımda ukraynalı politoloqla əlbəyaxa oldu

NTV-nin aparıcısı canlı yayımda ukraynalı politoloqla əlbəyaxa oldu backend

Rusiyanın NTV kanalının canlı efirində Donbasdakı vəziyyətin müzakirəsi zamanı aparıcı Andrey Norkin ukraynalı ekspert - vəkil Dmitri Suvorovla əlbayaxa olub.

Qaziler.az bildirir ki, NTV-nin "Görüş yeri" verilişinin canlı yayımında Donbasdakı vəziyyətin müzakirəsi zamanı rus aparıcı ilə ukraynalı politoloq arasında dava düşüb.

Suvorov deputatdan Donbasda ölənlərin şəklini göstərməyi tələb edib. Bu vaxt Norkin politoloqa yaxınlaşaraq onun çiyinlərindən yapışıb. Onlar əlbəyaxa olublar.

Telekanalın rəhbərliyi efirdə baş verənlərə görə tamaşaçılardan üzr istəyib.

Qaziler.az videonu təqdim edir: