Kadırov Stalini lənətlədi

Kadırov Stalini lənətlədi backend

Çeçenistanın başçısı Ramzan Kadırov İosif Stalini “qanlı cani“ adlandırıb və onu əbədi lənətləyib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, çeçen lider bu barədə özünün Telegram-kanalda 23 fevral 1944-cü il hadisələrini xatırlayarkən deyib.

”Çeçen xalqının minillik tarixində faciəvi hadisələr çox olub. Lakin bunlardan heç biri İosif Stalinin (Allah ona lənət eləsin) çeçen xalqına qarşı repressiyası ilə müqayisə oluna bilməz. 23 fevral 1944-cü ildə bizi doğma torpağımızdan, evlərimizdən məhrum edərək heyvan qatarlarında Altay dağlarına, Qazaxıstanın çöllərinə, qurğuşun-sink və uran mədənlərinə atdılar” - Kadırov yazıb.