İstanbulda yerləşən Mədəniyyət parkında 10 məşhur simanın heykəli arasında olan Aşıq Veysəlin sazının qolu qırılıb.
Axar.az türk mediasına istinadən xəbər verir ki, Aşıq Veysəlin sazının kim tərəfindən və niyə qırıldığı məlum deyil. Amma bunun Çanaqqala müharibəsinin 100-cü ildönümü münasibətilə təşkil olunmuş tədbirdə türk aktrisa Adilə Naşit və Aşıq Veysəlin heykəlləri ilə selfi çəkdirənlər tərəfindən təsadüfən qırıldığı güman edilir.Ovçular bələdiyyəsi heykəlin tezliklə bərpa ediləcəyini bildirib.