“Zeytun budağı”nda 1829-cu terrorçu məhv edilib

“Zeytun budağı”nda 1829-cu terrorçu məhv edilib backend

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1829 nəfərə çatıb.

Bu barədə Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir.

Məlumatda bildirilir ki, son sutkada 49 terrorçu məhv edilib.

Qeyd olunur ki, bu müddət ərzində Afrində 93 məntəqə terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.