Rusiya görünməz qırıcılarını Suriyaya göndərdi - Video

Rusiya görünməz qırıcılarını Suriyaya göndərdi - Video backend

Rusiya ən yeni beşinci nəsil hərbi təyyarəsi olan Su-57-ni Suriyadakı bazasına göndərib.

Axar.az xəbər verir ki, bu barədə informasiya Tvitter sosial şəbəkəsində suriyalı aktivistlər tərəfindən paylaşılıb. Aktivistlər yaydığı görüntülərdə qırıcıların məhz Su-57 olduğunu müşahidə etmək mümkün deyil. Su-57 ilə bərabər, Hmeymimə 4 Su-35, 4 Su-25 və 1 ədəd “Uçan radar” - A-50U göndərilib.

Qeyd edək ki, daha öncə Rusiyanın Suriyaya 4 Su-35C və bir A-50U təyyarəsi göndərdiyi haqqında məlumat yayılmışdı. Sözügedən təyyarələrin Xəzər dənizi, İran və İraq marşrutu ilə hərəkət edərək Suriyaya getdiyi bildirilmişdi.

S-57 təyyarəsi hələlik Rusiyada silahlanmaya qəbul edilməyib. Onun 2020-ci ildə Rusiyanın silahlanmasına qəbul edilməsi gözlənilir. Moskva bununla ABŞ-ın F-22 Raptor və F-35 təyyarələrinə rəqib yaratmağı planlaşdırır.