Gərginlik artır: NATO qırıcıları Afrinə girəcəkmi?

Gərginlik artır: NATO qırıcıları Afrinə girəcəkmi? backend

Türkiyə Afrində YPG-yə qarşı apardığı əməliyyatları dayandırmalı və bölgədən çəkilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri kansler Angela Merkelin rəhbərlik etdiyi Almaniya Xristian-Demokratlar İttifaqının xarici siyasət üzrə müşaviri Yürgen Hardt deyib.

“Türkiyə hökuməti “Zeytun budağı” hərəkatını dayandıraraq, Suriya ilə sərhədlərinə nəzarət etməlidir. Bu, çox ağıllı addım olar”, - Hardt bildirib.

Konya şəhərində yerləşən NATO aviabazasındakı hərbi təyyarələrlə də bağlı danışan alman rəsmi vurğulayıb ki, bu təyyarələrin Suriyada keçirilən Afrin əməliyyatlarında istifadə edilməsi mümkün deyil.