Cənub qonşumuz hədəfdə

Cənub qonşumuz hədəfdə backend

“ABŞ Yaxın Şərqdə xüsusi maraqlara sahibdir”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Barak Obama çıxış edib.

Onun sözlərinə görə, İran onunla qonşu olan ölkələrdə qeyri-stabillik yaradır:

“Bizim maraqlarımız çərçivəsinə həm də amerikalıları təhdid edən terror şəbəkəsini məhv etmək və kütləvi qırğın silahlarının regionda hazırlanmasının qarşısını almaq daxildir. Mən aydın şəkildə söyləmişəm ki, ABŞ öz maraqlarını qorumaqdan ötrü istənilən güc elementindən istifadə etməyə hazırdır. İran açıq şəkildə regionun müxtəlif ölkələrinə münasibətdə təhlükəli addımlar atır. İran terrorizmin sponsorudur. Ona görə də region ölkələri İranın fəaliyyətindən dərin narahatçılıq keçirməkdə haqlıdırlar. Biz İrana qarşı sanksiyaları hətta nüvə proqramı ilə bağlı razılıq əldə etsək də, davam etdirəcəyik”.
Diaspora