"Top atəşindən sonra 40-50 avtomobildən ibarət karvan geri çəkildi" - İbrahim Kalın

"Top atəşindən sonra 40-50 avtomobildən ibarət karvan geri çəkildi" - İbrahim Kalın backend

“Hələb yaxınlığından Afrinin cənub hissəsinə, oradan isə şəhər mərkəzinə girməyə təşəbbüs göstərən 40-50 avtomobildən ibarət karvan top atəşindən sonra geri çəkildi”.

“Habertürk” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

“Türkiyə Silahlı Qüvvələrinin fevralın 21-də yaydığı açıqlamaya əsasən, 1780 terrorçu zərərsizləşdirilib. “Zeytun budağı” əməliyyatı Afrin və ətrafındakı terror ünsürləri zərərsizləşdirilənədək davam edəcək. “Əsəd rejimi ilə YPG arasında anlaşma imzalandı ” deyə xəbərlər yayıldı. Biz məsələyə ehtiyatla yanaşılmasının vacibliyini bildirdik”, - sözçü vurğulayıb.