İsrailin bu il hansısa savaşa başlaması ehtimalı əvvəlki dövrlərdən daha yüksəkdir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail generalı Nitzan Alon söyləyib. Onun sözlərinə görə, Suriyadakı strateji dəyişikliklər İsrail ordusunun hazırlıq səviyyəsinin artırılmasını tələb edir:“İsrailin şimalında cari ildə müharibə ehtimalı böyükdür. İran və Hizbullah tərəfindən dəstəklənən Suriya Prezidenti Bəşər Əsədin qələbələr qazanması bu savaş ehtimalını daha da artırır. Əsəd artıq müttəfiqlərinin yardımı ilə ölkənin 80%-də nəzarəti təmin edib”.