Suriyada hərbi toqquşma zamanı hərbçi olmayan Rusiya Federasiyası vətəndaşları həlak olub.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti məlumat yayıb.Məlumatda hansı toqquşmadan söhbət getdiyi, konkret yer və vaxt haqda məlumat verilmir. Lakin yaralıların sayının onlarca olduğu qeyd olunur. Yaralıların arasında MDB vətəndaşlarının da olduğu bildirilir.