Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində irəliləməyə davam edir.
TSQ ve ASO, Afrinin Dayr Savvan kəndini terrorçulardan təmizləyərək, Kilis mahalının qarşısına düşən xətdə terrorçuların Türkiyə sərhəddi ilə əlaqəsini kəsdi.Qaziler.az xəbər verir ki, gün ərzində 8 kəndi terrorçulardan azad edən türk ordusu strateji əhəmiyyətli mövqeləri birləşdirib.
Türkiyə mediasının məlumatına görə, türk ordusunun irəliləməsi nəticəsində Azezlə Şeyx Horoz arasındakı yol açılıb, Azez-Bülbül bölgələri arasındakı cəbhə xətləri birləşdirilib. Əməliyyat çərçivəsində səhər saatlarından etibarən Zeytunə kəndi ilə yanaşı, Arpaviran, Həyyam, Surain, Çarxanlı, Mərvanə və Heygecə kəndləri də PYD-YPG terrorçularından təmizlənib.