İrandan xəbərdarlıq: “Müharibəyə başlayacağıq”

İrandan xəbərdarlıq: “Müharibəyə başlayacağıq” backend

“İran Yəmənə humanitar yardım göndərdiyi gəmilərə hücum edən istənilən ölkəyə qarşı müharibəyə başlayacaq”.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İranın Baş Qərargah rəisinin müavini general Məsud Cazayeri çıxış edib.

Onun sözlərinə görə, əgər bu hücum olsa, region qarışacaq və onu nəzarət altına almaq, ya da söndürmək mümkün olmayacaq:

“İranın səbri sərhədsiz deyil. ABŞ və Səudiyyə Ərəbistanı bunu artıq anlamalıdır”.

Qeyd edək ki, İran dünən Yəməndə fəaliyyət göstərən husilərə humanitar yardım göndərdiyini bəyan etmişdi.
Diaspora