Terrorçular üçün dayaq nöqtəsi hesab olunan Afrin şəhərinin mərkəzi yaxın günlərdə Türkiyə ordusu tərəfindən mühasirəyə alınacaq.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.O qeyd edib ki, Afrinin mühasirəsindən sonra terrorçular Suriyanın digər regionlarından gələn dəstəkdən tam təcrid olunacaq.
R.T.Ərdoğan onu da əlavə edib ki, Türkiyə “Zeytun budağı” əməliyyatını başlamağa məcbur idi: “Türkiyə Suriyada terrorçuları tamamilə məhv edəcək”.