Sinqapurun məktəb təhsil sistemi dünyanın ən effektiv sistemi seçilib. Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən aparılan xüsusi tədqiqatda deyilir.
Qaziler.az saytı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, aparılan sınaqlardan məlum olub ki, məhz Asiya ölkələrinin məktəbləri ən yaxşı nəticələr nümayiş etdirir. İkinci pillədə Honkonq, sonrakı yerlərdə Cənubi Koreya, Yaponiya və Tayvan qərarlaşıb. Avropa dövlətlərindən yüksək pilləni - altıncı yeri Finlandiya tutub.Təşkilat nümayəndələri həmçinin İsveç orta məktəblərinin göstəricilərinin kəskin azalmasını qeyd edirlər. Bu ölkədə orta təhsillə bağlı problem ötən həftə “OECD” ekspertləri tərəfindən qaldırılıb.
Reytinqdə sonuncu pilləni Qana tutub.
Riyaziyyat və təbiətşünaslıq üzrə testlər 76 ölkədə keçirilib, - “TASS” yazır.