Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1715 olduğu açıqlanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, TSQ-dan verilən açıqlamada "Zeytun budağı" əməliyyatının başlanmasından bu günə kimi 1715 terrorçunun zərərsizləşdirildiyi bildirilib.Bu gün səhər saatlarında daha 5 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.