Rusiya: İŞİD-i biz məhv etmişik, ABŞ isə…

Rusiya: İŞİD-i biz məhv etmişik, ABŞ isə… backend

İŞİD üzərində qələbədə əsas ağırlıq Rusiya Silahlı Qüvvələrinin üzərinə düşüb.

Axar.az xəbər verir ki, bunu İsveçrənin RTS televiziyasına müsahibəsində Rusiya Dumasının rəhbəri Vyaçeslav Volodin söyləyib.

“Biz üzərimizə düşən öhdəliyi uğurla icra etmişik. İŞİD-in ləğvində ABŞ, Çin, İran və Türkiyə də müəyyən rol oynayıb. Bu ölkələr Suriyada situasiyanı yaxşı tərəfə dəyişməyə yardım etdilər”, – deyə o bildirib.