Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində 3 əcnəbi terrorçu zərərsizləşdirilib.
Trend-in məlumatına görə, PYD və YPG terror qruplaşmalarına qarşı əməliyyat zamanı terrorçuların tərəfində döyüşən Niderland, İspaniya və Fransa vətəndaşları da məhv edilib.Beləliklə, "Zeytun budağı" çərçivəsində zərərsizləşdirilən əcnəbi terrorçuların sayı 100-ü ötüb.