Merkel: Bu ölkə ilə razılaşmadıq, çünki...

Merkel: Bu ölkə ilə razılaşmadıq, çünki... backend

Rusiyadan Almaniya üzərindən Avropaya təbii qaz nəqlinin planlaşdırıldığı "Şimal axını 2" layihəsi məsələsində Polşa ilə razılaşmadıq.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel bildirib. O qeyd edib ki, sözügedən layihə barədə Polşadan fərqli düşünürlər.

Polşa Baş naziri Mateus Moravieski ilə keçirdiyi mətbuat konfransında Merkel söyləyib ki, iki ölkə arasında bəzi məsələlərdə fikir ayrılıqları var. Bunun üçün dialoqun davam etdirilməsi lazımdır: "Yaxşı işlər görmək üçün bir çox məsələlər var".