Ukraynanın Donetsk şəhərində daha bir partlayış olub. Şəhər xəstəxanasının yaxınlığında top mərmisi partlayıb, ölən və yaralananlar var.
"Məndə olan ilkin məlumatlara görə 4 nəfər həlak olub. Onlardan biri xəstəxananın önündə dayanmışdı, digər üç nəfər yaxınlıqda paylanan hümanitar yardım üçün növbədə durmuşdular",- tanınmamış Donetsk xalq respublikası fövqəladə hallar nazirliyinin rəhbəri Aleksey Kostrubitski bildirib.O, əvvəlcə dörd nəfərin öldüyünü, bir müddət keçəndən sonra 15 nəfərə çatdığını deyib.
Kostrubitskinin sözlərinə görə, yaralananların sayı dəqiqləşdirilməkdədir.
Mərmi və qəlpələrin qonşu binaya da dəydiyi müəyyən edilib.