Sankt-Petrburqda iki milis əməkdaşını güllələyən və 6 il meşədə gizlənən şəxs mühakimə olunub.
Qaziler.az bildirir ki, bu barədə İnterfaks məlumat verib.Məhkum Vyaçeslav Paruşenkov cinayəti 2010-cu ildə törədib. Onunla birlikdə olan 9 nəfərlik banda üzvləri iki milisioneri güllələyiblər. Onlardan biri ölmüş, digəri isə reanimasiyaya yerləşdirilmişdi. Banda üzvlərinin əksər hissəsi tutularaq mühakimə olunsa da Patruşenkov gizlənə bilmişdi.
Bu şəxs 6 il dünyadan təcrid olunmuş halda Leninqrad vilayətinin meşələrində gizlənərək göbələklə qidalanıb. Bu müddət ərzində o, çox dəyişib - qocalıb, saqqalı uzanıb... Polisin sözlərinə görə, onu bu vəziyyətdə tanımaq heç də asan olmayıb.
Məhkəmənin qərarı ilə Paruşenkov 16 il azadlıqdan məhrum edilib. O cəzasını ciddi rejimli koloniyada çəkəcək.