ABŞ-ın hiyləgər planı - Bozdağ açıqladı

ABŞ-ın hiyləgər planı - Bozdağ açıqladı backend

ABŞ rəsmilərinin “İŞİD-lə mübarizəyə köklənmək” ifadəsinin arxasında terror qruplaşması ilə bağlı yeni bir oyun qurulması dayanır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

“Bu bölgədə kim nə edir, nə etmək istəyir, hara gedir - biz bunları yaxşı bilirik. Türkiyəyə qarşı İŞİD üzərindən yeni bir əməliyyat yaratmaq istəyə bilərlər. “Türkiyə Afrinə girdi, PYD-YPG terror qruplaşmalarına qarşı əməliyyata başladı, buna görə də İŞİD yenidən canlandı, yenidən meydana çıxdı” deyə bilmək üçün qarşıdakı günlərdə yeni ssenarilər ortaya çıxa bilər. Qabaqcadan deyirik, bu tip hiyləgərliklərlə Türkiyənin haqlı mübarizəsini heç kim haqsız hala gətirə bilməz”, - Bozdağ bildirib.