Türk əsgərini ruhlandırmaq üçün sərhəddə Suriyadan da görünən nəhəng BAYRAQ DÜZƏLTDİ

Türk əsgərini ruhlandırmaq üçün sərhəddə Suriyadan da görünən nəhəng BAYRAQ DÜZƏLTDİ backend

Hatayda yaşayan Bekir Şanverdi adlı çoban kənd uşaqları ilə birlikdə türk əsgərini ruhlandırmaq üçün 8,5 ton daş daşıyaraq sərhəddə türk bayrağı düzəldib.

Qaziler.az bildirir ki, Türkiyənin Hatay vilayətindəki Reyhanlı rayonunda bir çoban 150 kvadratmetrlik Afrindən də görünən Türk bayrağı düzəldib. Daşlardan düzəldilən bayraq Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatına gedən əsgərin görə biləcəyi nöqtədədir.

Reyhanlının Davutpaşa kəndində çobanlıq edən Bəkir Şanverdi kəndin təpəsinə çıxaraq kiçik uşaqların köməyi ilə 15 gündə türk bayrağı düzəldib. Nəhəng bayraq sərhəddin sıfır nöqtəsində olub Suriyadan da görünə bilir.