Cənubi Afrika Respublikasının bəzi əyalətlərində quraqlıq səbəbindən milli fəlakət elan edilib.
Axar.az xəbər verir ki, bu barədə CAR-ın Dövlət naziri Des van Rooyen açıqlama verib.Rooyen 3 ildən çox müddətdir quraqlıqla mübarizə aparan Şimal-qərbi Kape əyalətinin su anbarlarında suyun bitdiyini, bəzi əyalətlərdə də su çatışmazlığının baş verdiyini bildirib.
Qeyd edilir ki, hökumət quraqlıqla mübarizə aparmaq üçün təxminən 11 milyon manat vəsait ayırıb.