Türkiyənin Diyarbəkir şəhərinin Qulp, Silvan, Xazro və Bit rayonlarına bağlı 71 kənd və 107 tarlada PKK-ya qarşı 1200 əsgər və təhlükəsizlik qüvvələrinin iştirakı ilə böyük əməliyyat başladılıb.
Axar.az xəbər verir ki, pilotusz aparatlar və helikopterlərin də istifadə edildiyi əməliyyat çərçivəsində rayon və kəndlərin yollarında təhlükəsizlik nöqtələri yaradılıb.Qeyd edək ki, PKK-ya qarşı keçirilən əməliyyatla bağlı sözügedən ərazilərdə fövqəladə vəziyyət elan edilib.