Türk Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında öldürülən terrorçu sayı 1485-ə yüksəlib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, TSQ ve ASO gücləri addım-addım Afrinin mərkəzinə irəliləyərkən terrorçular da mühasirəyə düşürlər."Zeytun budağı" əməliyyatında öldürülən terrorçular cənazə mərasimləri ilə kütləvi məzarlarda basdırılırlar. Bu günkü mərasimdə görüntülənən şişman terrorçu diqqət çəkib.