Ermənistanın dövlət borcu 4,5 milyard dollara çatıb. Bu rəqəmi Ermənistan Milli Statistika Xidməti açıqlayıb.
2014-cü ilin statistikası ölkənin dövlət borcunun 4,441 milyard dollar təşkil etdiyini göstərib.2013-cü illlə müqayisədə bu xeyli çoxdur. Ötən ilin dekabrında ölkənin borcu 26,847 milyon dollar artıb. Dövlət borcunun 3,785 milyard dolları xarici borcdur.