Moskvada 106 yaşlı qadından polisə şikayət edilib. Şikayətçi isə həmin qadının 76 yaşlı qızıdır.
Virtualaz.org “Mash” teleqram-kanalına istinadən xəbər verir ki, şikayətə əsasən, yaşı yüzü keçmiş qadın qızının pullarını və sənədlərini oğurlayıb.Polisdən bildirilib ki, şikayətçi qadın hansı məbləğdə pulunun oğurlanmasını xatırlaya bilməyib. Hüquq-mühafizə orqanı şikayəti araşdırır.