Türkiyədən yunanlara: Dayandırın bunu!

Türkiyədən yunanlara: Dayandırın bunu! backend

Türkiyə Baş naziri Binəli Yıldırımla yunanıstanlı həmkarı Aleksis Çipras arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, tərəflər mübahisəli Kardak qayalıqlarında bu gün yaşanan gərginliyi müzakirə ediblər.

“Son dönəmdəki gərginlikdən narahatıq. Egey dənizində stabilliyin bərpası üçün Afina lazımi addımları atmalıdır”, - Yıldırım bildirib.

Qeyd edək ki, bu gün Kardak adasında türk və yunan gəmiləri toqquşub.