"Zeytun budağı" əməliyyatı çərçivəsində İHA-lar tərəfindən çəkilən görüntülər YPG/PKK terror təşkilatı mənsublarının yerləşdiyi ərazilərdən Türkiyəyə yönələn hücumlar aydın görünür.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin Hatay, Reyhanlı və Kilis rayonlarında indiyə qədər 7 mülki şəxsin öldüyü və 113 mülki şəxsin yaralandığı hücumların fəalları İHA-lar tərəfindən görüntülənib. Görüntülərdə terrorçuların saxlandıqları terror qərargahının havaya uçurulması da aydın görünür.Qaziler.az bu videogörüntünü təqdim edir: